Naxçıvan-Bakı avtobus marşrutu ilə 25 minə yaxın sərnişin daşınıb

206

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti 2018-ci ilin 9 ayı ərzində muxtar respublika əhalisinəgöstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirib.

NUHÇIXAN xəbər verir ki, daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərlə maarifləndirici söhbətlər aparılıb, avtobuslar və mikroavtobuslar texniki müayinədən keçirilib. Sürücülər üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində “Tibbi müayinə otağı” yaradılıb. Avtovağzalların payız-qış mövsümünə hazırlığı da diqqətdə saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki təkmilləşdirilib.

2018-ci ilin 9 ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 11 min 944, Bakıdan Naxçıvana isə 12 min 678 sərnişin daşınıb. Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması üçün Naxtel-4G GPS monitorinq izləmə sistemindən istifadə edilib, sürücülərin həftədə bir dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil olunub.

Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 496 taksi əhaliyə xidmət
göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: