Olimpiadada Azərbaycanı naxçıvanlı yeniyetmə təmsil edəcək

196

6-18 oktyabr tarixlərində Argentinanın paytaxtı Buenos Ayres şəhərində Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, nazirliyin Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev keçiriləcək olimpiadada Azərbaycanı ağırlıqqaldırmada təmsil edəcək. Məşqçi Səfi Hüseynovun yetirməsi idman mütəxəssisləri tərəfindən olimpiadada qələbə qazanmağa ən real namizəd kimi göstərilir. Onun olimpiya oyunlarına vəsiqə qazanması, eyni zamanda Naxçıvan idmanı tarixində ilkdir. Qeyd edək ki, bu gün Azərbaycan Olimpiya Komandası Cənubi Amerika ölkəsinə 17 idmançı (8 qız və 9 oğlan), 12 nəfər məşqçi və həkim, 1 nəfər nümayəndə heyətinin rəhbəri və gənc səfirdən ibarət heyətlə yollanıb.

Bundan başqa nümayədə heyətinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bəzi federasiyaların rəhbərləri də daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: