Hikmət Hacıyev: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir

140

Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında sentyabr ayında Soçidə və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, dövlət başçılarının etimada və dostluğa əsaslanan səmimi dialoqu və müntəzəm görüşləri tərəfdaşlıq əlaqələrinin hərtərəfli inkişafında xüsusi çəkiyə və əhəmiyyətə malikdir.

“Ölkələrimiz arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir ki, ikitərəfli əlaqələr regionlararası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir. Dövlət başçılarının açılışını etdikləri və nitq söylədikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha da inkişafı baxımdan yeni perspektivlər və imkanlar vəd edir.

Həmçinin ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvilərdə də davam etdirilir”, – deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: