UEFA Çempionlar Liqası: PSJ “Crevena Zvezda” klubunu böyük hesabla məğlub edib

223

Oktyabrın 3-də UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, C qrupda Fransanın PSJ klubu doğma meydanda Serbiyanın “Crevena Zvezda” klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (6:1).
Qrupun digər oyununda İtaliyada “Napoli” klubu İngiltərənin “Liverpul” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
D qrupunda Rusiyanın “Lokomotiv” komandası Almaniyanın “Şalke” klubunu qəbul edib. Matç qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Türkiyənin “Qalatasaray” klubu Portuqaliyanın “Porto” komandasının qonağı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: