Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycanda Müvəqqəti İşlər Vəkili Abbes Benmoussat ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüşdə sözügedən Şimali Afrika ölkəsi ilə Azərbaycan arasında qurulan siyasi, iqtisadi, mədəni və təhsil sahələrindəki əlaqələrdən danışılıb. Həmçinin bu iki ölkə arasında müxtəlif sahələrdəki dostluq və əməkdaşlığa Naxçıvan Muxtar Respublikasının verə biləcəyi əlavə töhfələr müzakirə edilib. Xüsusilə, təhsil sahəsində tələbə mübadiləsi, qarşılıqlı sərmayə qoyuluşu və s. kimi məsələlər müzakirə edilib.
Qeyd olunub ki, Naxçıvanda hazırda təhsil sahəsində beynəlxalq səviyyədə, Avropalı mütəxəssislərin iştirakı ilə uğurlu layihələr həyata keçirilir. Dünyanın bir sıra dövlətlərindən, o cümlədən Afrika ölkələrindən olan tələbələr muxtar respublikanın universitetlərində ali təhsil alır. Bundan başqa, Naxçıvanda istehsal edilən məhsullar qonşu dövlətlərlə yanaşı Yaxın Şərqə, Avropa ölkələrinə də ixrac edilir.