Azərbaycan neftinin bir barrelinin qiyməti son 4 ildə ilk dəfə 85 dollara çatır
“Azeri Light”ın bir barreli sonuncu dəfə 2014-cü il noyabrın 6-da 84,59 dollara satılıb
Azərbaycan neftinin qiyməti son 4 ilin maksimumuna yüksəlib.
NUHÇIXAN xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,80 dollar bahalaşaraq 84,78 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollara, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollara satılıb.