NUHÇIXAN xəbər verir ki, məktəblilərin tarixi abidələrlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan şəhər məktəblilərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 şagird iştirak edib. Şagirdlərə muzey haqqında geniş məlumat verilib və onlar muzeydə olan eksponatlarla tanış olublar. Sonda şagirdləri maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılıb.