Avropalı diplomatların Naxçıvana verdiyi qiymət- Sevgi, Günəş, Sülh, Təmizlik.. - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Avropa Günü” çərçivəsində keçirilən tədbirlərə qatılan Avropalı səfirlər muxtar respublikanın müasir görkəmi və inkişafını yüksək dəyərləndiriblər. Bunu keçirilən mətbuat konfransında qeyd ediblər. İqtisadi sahədə, kənd təsərrüfatında, meliorasiya istiqamətində, turizmdə və bir çox istiqamətlərdə muxtar respublika ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıblar. Avropalı diplomatları Naxçıvanda daha çox özünə cəlb edən səliqə və insanların münasibəti olub. Burada yadda qalan məqamların nə olduğunu Yunanıstan səfiri Nikolas Kanellosun elə azərbaycanca dediyi “Sevgi, Günəş və Sülh” kəlməsinə Avropa İttifaqının Azərbaycandakı Nümayəndə Heyətinin Rəhbəri Kestutis Yankauskas isə bir söz də əlavə edib “Təmizlik!”