Soyuducu  anbarlara 5 min tona  yaxın məhsul toplanılıb

163

NUHÇIXAN xəbər verir ki, iyun ayından etibarən  muxtar respublikada kənd təsərrüfatı məhsullarının saxlanılması və ilboyu satışının təmin olunması məqsədilə soyuducu anbarlara meyvə və tərəvəzin qəbulu davam etdirilir. Hazırda soyuducu  anbarlara  5 min tona  yaxın məhsul yığılıb.

Muxtar respublikada 33 soyuducu anbar fəaliyyət göstərir. Onların tutumu 14 min 245 tona çatdırılıb. Tədarük dövrü başlayandan bu günədək soyuducu anbarlara 4241 ton kartof, soğan, ərik, alma, üzüm, şaftalı, armud, sarımsaq, kələm məhsulu tədarük olunub. Bundan 3635 tonu kartof, 450 tonu isə soğan məhsuludur.

Soyuducu anbarlara məhsulların qəbul qiymətləri kartof  üçün 25-40, soğan üçün 25-35, alma üçün isə  50-80 qəpikdir.

Qeyd edək ki, hazırda Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın qurulması istiqamətində də işlər davam etdirilir. Bu anbarların  yaradılmasının əsas məqsədi muxtar respublika əhalisini qış mövsümündə keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etmək, daxili bazarda məhsul bolluğu yaratmaq və ixrac potensialını artırmaqdır.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: