Bəxtiyar Əsgərov Kuveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

287

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri  Bəxtiyar Əsgərov Kuveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Əl-Rumi ilə görüşüb.

Görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr, rəsmi səfərlər, qarşılıqlı maraqlar, xüsusilə, bundan sonra coğrafi yaxınlığı ilə Azərbaycana digər ərəb ölkələrindən daha yaxın olan Kuveyt ilə muxtar respublika arasında ticarət əlaqələrinin yaradılması ilə bağlı müzakirələr aparılıb. Səfir  Əl-Rumini görüşdə müşaviri  Feysəl Cəzzə Əl-Müteyri müşayiət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: