Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün növbəti sınaq imtahanı keçirib.
DİM-dən NUHÇIXAN-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1008 abituriyent qeydiyatdan keçib. İmtahana 4 rəhbər, 45 nəzarətçi müəllim cəlb olunub. İmtahanlar saat 11:00-da başlayıb və sualların cavablandırılmasına 3 saat vaxt ayrılıb. İmtahan Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilib.
İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olacaq.