“Facebook”un videoplatforması artıq bütün istifadəçilər üçün əlçatandır

128

Bir il əvvəl ABŞ-da işə salınan və “YouTube”a rəqib olan “Facebook”un videoplatforması bütün istifadəçilərə əlçatan olub.

NUHÇIXAN xəbər verir ki, bu gündən etibarən Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiya vətəndaşları yeni “Watch” xidmətindən istifadə edə bilər.

Gələn ay Argentina, Belçika, Boliviya, Çili, Kolumbiya, Danimarka, Dominikan, Ekvador, Salvador, Fransa, Almaniya, Qvatemala, Honduras, Meksika, Niderland, Norveç, Peru, Portuqaliya, İsveçə və Tailandda videoplatforma əlçatan olacaq. Yaxın aylar ərzində “Watch” xidmətinin başqa ölkələrdə də əlçatan olacağı gözlənilir.

ABŞ-da yeni xidmət ötən il avqustun 10-da istifadəyə verilib. Bu ilin əvvəlindən etibarən “Watch” xidmətində videolara ümumi baxış vaxtı 14 dəfə artıb. Hazırda xidmətin aylıq auditoriyası 50 milyondan çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: