Dövlət qulluqçuları ilə maarifləndirici seminar keçirilib

221

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki,  sözügedən qurum Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçularının qarşısında duran vəzifələr” mövzusunda seminar keçirib. Seminarda Komissiya tərəfindən keçirilmiş sonuncu müsabiqədə uğur qazanaraq mərkəzi icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifələrə təyin olunmuş 44 dövlət qulluqçusu iştirak edib.

Bildirilib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında da davamlı tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu iqtisadi siyasət bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsinin inkişafı üçün də əlverişli imkanlar yaradıb. Hazırda muxtar respublikamızda vətəndaşların dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün hər cür şərait yaradılıb.

Seminarda dövlət qulluqçularına ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyasının prioritet istiqamətləri haqqında məlumat verilib. Bildirilib ki, hər bir dövlət qulluqçusu öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

Keçirilən seminarda mövzu ilə bağlı slaydlar nümayiş olunub. Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: