Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimində Al Bano çıxış edəcək

122

İtaliyalı məşhur müğənni Al Bano Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.

NUHÇIXAN xəbər verir ki, 75 beş yaşlı müğənni Beynəlxalq Cüdo Federasiyasının (IJF) dəvəti ilə ölkəmizə gələcək. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimində konsert verəcək.

“Felicita” mahnısı ilə dünyada məşhurlaşan Al Bano ötən il Budapeştdə keçirilmiş dünya çempionatının açılış mərasimində IJF-nin himnini oxuyub və konsert proqram ilə çıxış edib.

Al Bano Karrizi 2001-ci ildən BMT-nin xoşməramlı səfiridir.

Xatırladaq ki, Bakıda cüdo üzrə dünya çempionatı sentyabrın 20-27-də keçiriləcək. Yarış üçün biletləri “ASAN xidmət” mərkəzlərindən, şəhərin bütün kassalarından, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq, 1 manat və 5 manat, VIP yerlərə 25 manatdır. Həmçinin biletlər final mərhələsi üçün yerlər 2 və 10 manat, VIP yerlər isə 50 manatdan təklif olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: