Çempionlar Liqasının “play-off” mərhələsinin cavab matçları start götürəcək

178

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçları start götürəcək.

NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə 3 görüş keçiriləcək. Macarıstanda AEK-ə uduzan “Vidi” Yunanıstanda geridönüş etməyə çalışacaq. Zaqreb “Dinamo”su İsveçrədə bərabarə qaldığı “Yanq Boyz”u qonaq edəcək.

Kiyev “Dinamo”su isə Hollandiyada məğlub olduğu “Ayaks”la Ukraynada qarşılaşacaq.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komandalar qrup mərhələsinə vəsiqə qazanacaqlar.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. AEK (Yunanıstan) – “Vidi” (Macarıstan)

İlk oyun – 2:1

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Yanq Boyz” (İsveçrə)

İlk oyun – 1:1

23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Ayaks” (Hollandiya)

İlk oyun – 1:3

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: