2021-ci ildə Azərbaycanda inflyasiya 3,1 faizə düşəcək

211

Bu il Azərbaycanda ümumi daxili məhsul istehsalının (ÜDM) 74 milyard 646,9 milyon manat, 2019-cu ildə 75 milyard 389,2 milyon manat, 2020-ci ildə 81 milyard 245 milyon manat, 2021-ci ildə isə 84 milyard 973,1 milyon manat olacağı proqnozlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.

Sənəddə bildirilir ki, cari ildə real iqtisadi artım tempinin 2 faiz, gələn il 3,1 faiz, 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə 2,4 faiz təşkil edəcəyi nəzərdə tutulur.

Bundan başqa, proqnoza görə, ortaillik inflyasiya bu il 6,1 faiz, qarşıdakı ildə 4,7 faiz, 3,3 faiz, 2021-ci ildə isə 3,1 faiz təşkil edəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: