Naxcivantv.az-ın məlumatına görə, bu barədə TASS agentliyinə UEFA-nın baş katibi Teodor Teodoridis xəbər verib.
O bildirib ki, qitə birinciliyinin mükafat fondu AÇ-2016 ilə müqayisədə yüksəkdi: “Ümumi mükafat fondu 371 milyon avro olacaq. Yəni iştirakçıların hər birinin payına minimum 1,25 milyon avro düşəcək. Avropa çempionu olacaq yığmaya isə 34 milyon avro veriləcək”.
Fransada baş tutmuş AÇ-2016-nın mükafat fondu 301 milyon avro idi.