“Qalatasaray” ötən mövsüm Superliqanın bombardiri olan hücumçusu ilə yollarını ayırıb

191

İstanbulun “Qalatasaray” futbol klubu hücumçusu Bafetimbi Qomis ilə yollarını ayırıb.

NUHÇIXAN xəbər verir ki, fransalı oyunçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub. Bu barədə hər iki klubun saytında məlumat verilib.

Futbolçu yeni klubu ilə üç illik müqaviləyə imza atıb. Səudiyyə Ərəbistanı təmsilçisi bu transferə görə İstanbul klubuna 6 milyon avro ödəyəcək. Futbolçu özü isə ildə 8 milyon avro maaş alacaq.

Qeyd edək ki, B.Qomis “Qalatarasay”a ötən mövsüm İngiltərənin “Suonsi” klubundan transfer edilib. Fransa millisinin sabiq üzvü ötən mövsüm 29 qol vuraraq Superliqanın bombardiri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: