“Apple Inc” şirkəti “App Store” mağazasının Çin versiyasından ölkədə qeyri-qanuni olan minlərlə qumar oyunu çıxarıb.
NUHÇIXAN bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir. Şirkətin bazar ertəsi günü yaydığı məlumatında deyilir: “Çində Qumar oyunları qanunla qadağan edilib və onların “App Store” mağazasında yayılmasına icazə verilmir. Biz artıq Çinin “App Store” mağazasında yayılan bir çox əlavəni çıxarmışıq”.
Hələ “Apple”ın rəsmi press-relizi çap olunmazdan öncə Çinin CCTV telekanalı şirkətin “App Store” mağazasından 25 min əlavəni pozduğu barədə məlumat yaymışdı. Lakin pozulan əlavələrin miqdarı barədə telekanalın bu məlumatı şirkət tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, ÇXR tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən “Apple” 2017-ci ildə 700-ə yaxın VPN-əlavəsini pozmuşdu. Bu əlavə bloklamadan yayınmaq və Çində qadağa qoyulan saytlara daxil olmaq üçün istifadə edilir.