Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhər Gənclik Mərkəzində aprel şəhidlərinə həsr olunmuş “Şəhidim-sənsən uğurum” adlı tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə dövlət himni səslənib , şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyev adına hərbi lisey kursantlarının vətənə sədaqət andı nümayiş olunub.
Jurnalistika ixtisası üzrə I kurs tələbələrinin iştirakı ilə Universitet Televiziyasının aprel şəhidlərinə həsr etdikləri qısametrajlı film göstərilib. Universitetin Tələbə Teatr Studiyasının şəhid Qabil Orucəliyevin həyat və fəaliyyətinə həsr etdikləri səhnəcik, İncəsənət fakültəsi tələbələrinin ifasında musiqi nömrələri tədbiri daha yaddaqalan edib. Şəhid Rasim Məmmədovun oğlu Asim Məmmədovun atasına ünvanladığı şeir bədii qiraət olunub. Sonda Universitetin Jurnalistika ixtisası üzrə I kurs tələbələrinin 2018-ci ilin fevralında Cocuq Mərcanlıya səfərindən hazırlanan videoçarx nümayiş olunub.
Səadət Əliyeva