Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilib

215

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda kənd təsərrüfatı və yerli istehsal məhsullarının növbəti  satış yarmarkası təşkil olunub.

Yarmarkada  70 adda 8 tondan artıq müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satşa çıxarılıb. Satışa çıxarılan məhsulların qiyməti  digər ticarət obyektlərinə nisbətən 15-20 faiz ucuz olub.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərində də kənd təsərrüfatı və yerli istehsal məhsullarının növbəti satış yarmarkası keçirilib. Keçirilən yarmarkada Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və digər rayonlardan müxtəlif  kənd təsərrüfatı məhsulları gətirilib.

Bu cür yarmarkaların keçirilməsində məqsəd  torpaq mülkiyyətçilərinin istehsal etdikləri məhsulların rahat şəkildə  bazara çıxarılmasına şərait yaratmaq və  süni qiymət artımının qarşısını almaqdır.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: