Türkiyəli antropoloqlar 8.5 milyon yaşı olan kərgədan başının qalıqlarını aşkarlayıblar

254

Türkiyənin Çankırı şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində 8.5 milyon yaşı olduğu ehtimal edilən kərgədan başının qalıqları aşkarlanıb.

NUHÇIXAN Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ekspedisiyaya Ankara Universitetinin professoru, antropoloq Ayla Sevimli Erol rəhbərlik edir. O deyib: “Hazırda aşkarladığımız kərgədan kəlləsini torpaqdan çıxarmağa çalışırıq. Bu günədək kərgədanların üç müxtəlif növünə rast gəlmişik. Ümumilikdə bölgədə kərgədanlara aid 500-dək kəllə sümüyü aşkarlamışıq. Çankırıda kərgədanların kəllə sümüklərinin çoxluq təşkil etməsi bu bölgənin bol sulu ərazi olmasını təsdiqləyir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: