UEFA Çempionlar Liqası: BATE-“Qarabağ” oyunu başlayıb

214

Avqustun 14-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab matçında Belarusun BATE komandası ilə qarşılaşır.

NUHÇIXAN xəbər verir ki, “Borisov Arena”da keçirilən oyunda “Qarabağ”ın start heyətində Hannes Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnosent Emeqara, Miçel, Mahir Mədətov, Rəşad Sadıqov, Abdullah Zubir, Bədavi Hüseynov, Donald Gerye alıblar.

BATE-nin ilk onbirliyində isə meydana Denis Şerbiçki, Aleksandr Filipiviç, Yevgeni Yablonski, Stanislav Draqun, Mirko İvaniç, Nikolay Ciqneviç, Aleksey Rios, Eqor Filipenko, İqor Staseviç, Dmitri Baqa, Maksim Volodko çıxıblar.

Qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Andris Treymanisdir. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs kömək edirlər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirir.

Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

BATE-“Qarabağ” qarşılaşmasının qalibi play-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək. Mübarizəni dayandıran klub isə UEFA Avropa Liqasının play-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) oyununun qalibi ilə görüşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: