İtaliyada körpü faciəsi: həlak olanların sayı 22-yə çatıb, azı 10 nəfər itkin düşüb

176

İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rai News 24 telekanalı infrastruktur və nəqliyyat nazirinin müavini Edoardo Riksiyə istinadla məlumat yayıb.

Mülki Müdafiə Departamentinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər itkin düşüb.

Fransa Prezidenti Emmanuel Makron, Avstriya kansleri Sebastyan Kurts, Almaniya kansleri Angela Merkel və Çexiyanın Baş naziri Andrey Babiş artıq faciə ilə bağlı başsağlığı veriblər. Emmanuel Makron hadisə ilə əlaqədar İtaliyaya istənilən köməkliyi göstərməyə hazır olduğunu deyib.

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. İtaliya KİV-lərinin məlumatına əsasən, faciə zamanı körpünün dağılan hissəsində 20-yə yaxın nəqliyyat vasitəsi olub.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: