“Beşiktaş” Türkiyə çempionatında səfərdə qələbə qazanıb

157

Futbol üzrə Türkiyə çempionatının ilk turunun növbəti oyununda çempionluq uğrunda mübarizə aparan komandalardan “Beşiktaş” səfərdə “Akhisarspor”un qonağı olub.

NUHÇIXAN xəbər verir ki, görüş “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 39-cü dəqiqəsində İstanbul təmsilçisinin portuqaliyalı futbolçusu Pepenin vurduğu qolla hesab açılıb. Bundan üç dəqiqə sonra “qara qartallar”ın niderlandlı oyunçusu Ryan Babel komandasının ikinci qolunu vurub.

Fasilədən sonra görüşün 56-cı dəqiqəsində Yevqeni Seleznyovun qolu ilə ev sahibləri hesab arasındakı fərqi azaldıblar.

Beləliklə, Şenol Günəşin baş məşqçisi olduğu komanda rəqibini 2:1 hesabı ilə məğlub edərək Türkiyə Superliqasında mövsümə səfər qələbəsi ilə başlayıb.

Baş hakim Bülent Yıldırımın idarə etdiyi qarşılaşma bir sıra gərgin anlarla yadda qalıb. Görüşdə komandaların futbolçularına, ümumilikdə, doqquz sarı vərəqə göstərilib.

Xatırladaq ki, “Akhisarspor” avqustun 5-də Türkiyə Superkuboku uğrunda oyunda ötən mövsümün çempionu “Qalatasaray”dan üstün olaraq kuboka sahib olmuşdu.

Qeyd edək ki, günün digər qarşılaşmasında “Yeni Malatyaspor” komandası “Göztəpə”yə 3:1 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: