Daxili Qoşunların gənc əsgərləri and içiblər

411

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, mərasimə hazırlıq barədə raport verildikdən sonra Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarnın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra  gənc əsgərlər hərbi andı qəbul ediblər. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general leytenant Şahin Məmmədovun təbrikləri şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edənlər əsgərlərə  xidmətlərində uğurlar  arzulayıblar.

Sonda xüsusi təyinatlı bölüyün nümunəvi çıxışları olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: