GUAM-a üzv dövlətlərin səfirlərinin Strasburqda görüşü olub

76

Strasburqda GUAM-a üzv dövlətlərin (Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova) səfirlərinin və AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərlərinin görüşü olub. Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova görüşdə iştirak edib.

NUHÇIXAN-ın məlumatına görə ,qeyd olunub ki, AŞPA nəzdində belə bir görüş ilk dəfədir keçirilir. Bundan sonra bu platformadan fəal şəkildə istifadə olunması, AŞPA-dakı nümayəndə heyətlərinin görüşlərinin keçirilməsi, birlikdə fəaliyyət göstərməsi qərara alınıb. Tədbirlər təşkil edərək GUAM-ın fəaliyyətini AŞPA-da tanıtdırmağın önəmi qeyd edilib. Qərara alınıb ki, bu qurumun rəhbərliyi ilə birgə işləyərək GUAM ölkələrini maraqlandıran məsələlərlə bağlı tədbirlər keçirilsin, AŞPA-dakı nümayəndə heyətlərinin fəaliyyəti intensivləşdirilsin.

Görüşdə çıxış edən GUAM-ın baş katibi müəyyən strateji məqamlara toxunub.

Nümayəndə heyətlərinin rəhbərləri tədbirlər planı hazırlamağın vacibliyini qeyd ediblər.

Növbəti görüşün AŞPA-nın yay sessiyası çərçivəsində keçirilməsi qərara alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: