“Memarlıq və rəssamlığın vəhdəti” sərgisi keçirilib - FOTOLAR
Naxçıvan Rəssamlar Birliyində “Memarlıq və rəssamlığın vəhdəti” adlı sərgi keçirilib.
NUHÇIXAN xəbər verir ki, sərgi Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunmasına həsr edilib. Sərgidə muxtar respublikanın 30-a yaxın rəssam və memarının 27 əsəri nümayiş olunub. Tədbirdə vurğulanıb ki, tarixən rəssamlarla memarların birgə ideyalarının məhsulu olaraq nadir sənət inciləri yaranıb.Bu tədbir də gənc rəssam və memarların həvəsləndirilməsi üçün keçirilir. Naxçıvanlı memarlarla rəssamların birgə sərgisində Naxçıvanın qədim memarlıq nümunələrinin maketləri və rəssamların gözündə onların müasir layihələri nümayiş olunur. Qeyd edilib ki, hər bir memar mütləq yaxşı bir rəssamdır. Tədbirdə gənc memarlara Rəssamlar Birliyi tərəfindən Azərbaycan memarlığının tarixindən bəhs edən kitablar da hədiyyə olunub. Sərgi aprelin 29-dək davam edəcək.