Rusiya və Ukrayna komandalarının Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib

171

Rusiya və Ukrayna klublarının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

NUHÇIXAN UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb hər iki ölkə komandalarının növbəti mərhələdə üz-üzə gəlməsinin qarşısını almaqdır.

Qurumun İcraiyyə Komitəsinin qərarlarına əsasən PAOK (Yunanıstan) – “Spartak” (Moskva, Rusiya) cütünün qalibi “Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya) – “Dinamo” (Kiyev, Ukrayna) cütünün qalibi isə “Standard” (Lyej, Belçika) – “Ayaks” (Hollandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları 21-22 avqustda, cavab qarşılaşmaları isə 28-29 avqustda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: