Mütəxəssislər Malayziyanın MH370 reysi ilə uçan təyyarəsinin itməsi səbəblərini aydınlaşdıra bilməyiblər

319

Mütəxəssislər “Malaysia Airlines” şirkətinə məxsus, 2014-cü ilin martında MH370 reysi ilə uçan sərnişin təyyarəsinin itməsi səbəblərini aydınlaşdıra bilməyiblər.

NUHÇIXAN xəbər verir ki, Malayziya hökuməti iyulun 30-da itən təyyarə ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, göyərtəsində 239 nəfərin olduğu təyyarə Cənub-Çin dənizi üzərində olarkən radarlardan itib. Təyyarə Kuala Lumpur-Pekin reysini həyata keçirirmiş. Təyyarənin Hind okeanına düşdüyü güman edilir.

Hesabatda təyyarənin uçuş istiqamətini dəyişərkən əl ilə idarəetmə rejimində olduğu qeyd edilir.

Eyni zamanda, komissiya üzvlərinin qənaətinə görə, təyyarənin idarə olunmasında üçüncü tərəfin qeyri-qanuni iştirakını da rədd etmək mümkün deyil.

Dörd il bundan əvvəl baş verən və artıq axtarış əməliyyatlarının dayandırıldığı tapmacanın cavabını tapmaq zaman keçdikcə daha da çətinləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: