Xalq Artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyi qeyd olunacaq

286

Prezident İlham Əliyev iyulun 30-da Xalq Artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ilin noyabr ayında Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq Artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyi tamam olur. Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: