Ermənilər Gürcüstana gedən yolu bağladı

76

Ermənistanda vəziyyət gərginləşməkdə davam edir. Mövcud hakimiyyətə qarşı etiraz aksiyalarının iştirakçıları Gürcüstana gedən avtomobil trasını bağlayıblar.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda onlarla yük avtomobili yollarda qalıb. Sürücülər isə yaranan vəziyyətə nəinki etiraz etmir, əksinə, aksiya iştirakçılarına qoşulur.

Hakim Respublika partiyasının bütün üzvlərinin hakimiyyətdən uzaqlaşdırılmasını tələb edən müxalif deputat Nikol Paşinyanın minlərlə tərəfdarı Yerevanda aksiyaları davam etdirir. Ölkənin ən böyük müxalifət partiyası olan “Çiçəklənən Ermənistan” və digər siyasi qüvvələr də etirazlara qoşulub. Həmçinin tələbələr və bir sıra ali təhsil müəssisələrinin müəllimləri paytaxt küçələrinə çıxıb.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, mərkəzi küçələrə polis qüvvələri və texnika cəlb olunub. Ermənistan hökumətinin binası və Respublika partiyasının mərkəzi ofisi hüquq mühafizə orqanları tərəfindən güclü mühafizə altına alınıb.

Etirazçıların Yerevanın “Zvartnos” beynəlxalq aeroportuna gedən yolu da bağladığı bildirilir.

Xatırladaq ki, aprelin 23-də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 10 gün davam edən etiraz aksiyalarından sonra baş nazir postundan istefa verib. Nazirlər Kabinetinin başçısı vəzifəsinə isə müvəqqəti olaraq baş nazirin birinci müavini Karen Karapetyan təyin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: