Akademik İsa Həbibbəyli:Azərbaycan-Türkiyə ədəbi əlaqələri bir nümunədir

101

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “XX əsrin əvvəllərindən bu günə Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri” mövzusunda panelin açılışı olub.

Tədbir AMEA Ədəbiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dünya üçün nümunə olduğunu bildirib. İ.Həbibbəyli Azərbaycan və Türkiyə ədəbiyyatlarının ortaq köklərindən, müasir ədəbi əlaqələrin inkişafından danışıb. Qeyd olunub ki, tarixən Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri müasir ədəbi əlaqələrin inkişafına zəmin yaradıb.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir tədbirin mahiyyətindən, qarşılıqlı əlaqələrimizin əhəmiyyətindən danışıb.

Tədbir məruzələrin dinlənilməsi ilə davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: