“Qəbələ” komandası səfərdə “Proqres” klubuna qalib gəlsə də, növbəti mərhələyə adlaya bilməyib

161

UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Qəbələ” futbol komandası iyulun 19-da növbəti oyununu keçirir.

NUHÇIXAN xəbər verir ki, komandamız turnirin birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə Lüksemburqun “Proqres” klubu ilə qarşılaşır.

Proqres” – “Qəbələ” görüşünün ilk hissəsində “Qəbələ”nin heyətində Sequn Adeniyinin fərqlənmək imkanı olsa da, o, bundan yararlana bilməyib. Nəhayət, ilk hissənin 28-ci dəqiqəsində komandamız hesabı açıb. Qəbələ təmsilçisinin futbolçusu Asif Məmmədovun ötürməsindən sonra Jozef Monroz fərqlənib.

İkinci hissəyə də fəal başlayan “Qəbələ” rəqiblə müqayisədə daha üstün oyun nümayiş etdirib. Qəbələ təmsilçisi Lalavele Atakoranın və Rauf Əliyevin səyləri ilə rəqib qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, futbolçularımız bunu qola çevirə bilməyiblər. Oyunun 79-cu dəqiqəsində matçın baş hakimi qəbələli Təmkin Xəlilzadəni qırmızı vərəqə ilə cəzalandırıb. Qalan dəqiqələrdə Azərbaycan komandasının cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Beləliklə, matç komandamızın səfərdə 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbəyə baxmayaraq, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı iki oyunun nəticəsinə görə növbəti mərhələyə adlaya bilməyib və mübarizəni dayandırıb. İkinci təsnifat mərhələsinə Lüksemburq təmsilçisi yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: