NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Nehrəm kəndində yeni zavod inşa edilir.
Üzüm istehsalı üçün nəzərdə tutulan zavodda ilk olaraq gücü 2000 ədəd tara olan yeni istehsal sahəsi istifadəyə veriləcək. Zavod həmçinin kişmiş, üzüm şirəsi, üzüm sirkəsi məhsullarının istehsalını da həyata keçirəcək. Yeni istehsal obeykti iş yerlərinin açılmasına da şərait yaradacaq. Nehrəmdə bu sahənin özünəməxsus ənənələri var. Hələ Sovetlər Birliyi dövründə bu kəndin üzümçüləri becərdikləri bağlardan tonlarla məhsul götürüblər.
Qeyd edək ki, 2015-ci ildə Nehrəm kəndində muxtar respublikanın ən böyük üzümçülük təsərrüfatı yaradılıb. Bu gün bu təsərrüfatda 20-ə yaxın üzüm sortları yetişdirilir.