Muxtar respublikada kartof yığımına başlanılıb
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kəhraba nümunəvi fermer təsərrüfatında da kartof yığımına start verilib.
Hollandiya mənşəli tezyetişən boren kartof sortu mart ayının sonlarında əkilib. Əkin prosesi və digər aqrotexniki tədbirlər mexaniki şəkildə həyata keçirilib. Artıq bir neçə gündür ki, təsərrüfatda kartofun yığımına başlanılıb.
Muxtar respublikada kartofun kütləvi yığımının başlanması artıq bazar və yarmarkalarda bu məhsulun qiymətinə öz təsirini göstərib. Əvvəllər 1 manata satılan kartof hazırda 30-50 qəpiyə alıcılara təklif olunur.
Eyni zamanda torpaq mülkiyyətçiləri təlabatdan artıq istehsal etdikləri kartofu növündən asılı olaraq 25-40 qəpiyə soyuducu anbarlara təhvil verə bilərlər.
Mütəxəsislər fermerlərə kartofun yay əkininə başlanılması üçün ən optimal vaxt olduğunu bildirirlər. Yay kartofunu biçilmiş taxıl sahələrinin yerində əkmək daha yaxşı səmərə verir. Bu zaman mütləq kartofun tezyetişən sortlarından istifadə olunmalıdır.
Novruz Məmmədov