Kəngərli rayonunun Böyükdüz kənd sakinlərinin qoyun sürüsünə canavarlar xeyli ziyan vurub.
NUHÇIXAN xəbər verir ki, hadisə aprelin 23-də axşam saat 19-20 radələrində baş verib. Kənd sakinlərinə məxsus olan min baş davar otlaqdan qayıdarkən canavarlar sürüyə hücum edərək 63 baş xırdabuynuzlu heyvanı tələf edib, 35 baş qoyun və keçini yaralayıblar.
Hadisə yerində olan mütəxəssislər yaralı heyvanlara baytarlıq xidməti göstərib, tələf olan davarlar isə dərmanlanıb və basdırılıb.
Hadisə nəticəsində ən çox ziyan çəkən kənd sakini Aydın Heydərovdur. Ona məxsus davarların 48 başı ölüb, 23 başı isə yaralanıb.
Əbülfəz Dünyamalıyev
NTV xəbər