“YouTube” istifadəçilərin şikayətindən sonra 8 milyon materialı videoservisdən pozub

115

“YouTube” videoservisi 2017-ci ilin son üç ayı ərzində 8 milyon yolverilməz materialı pozub.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat online-videohostinqinin sahibi “Google” qlobal axtarış sisteminin məruzəsində yer alıb. Kompaniya bu qəbildən olan ilk sənədi aprelin 24-də “The Sun” qəzetində dərc edib. Pozulan materialların əksəriyyəti spam və böyüklər üçün nəzərdə tutulan materiallardır.

Kompaniyaya istifadəçilərdən ümumilikdə 28,7 milyon şikayət daxil olub. Şikayətlərin 9 milyonu (30 faiz) pornoqrafiya, 8 milyonu (27 faiz) spam və ya dezinformasiya, 4,6 milyonu (16 faiz) nifrət və ya təhqir, 4 milyonu (14 faiz) zorakılıq, 2,3 milyonu (8 faiz) zərərli və təhlükəli fəaliyyət, 491 mini (2 faizi) isə terror təbliğatı daşıyan materiallardan edilib.

Məruzəyə əsasən, “Google” kompaniyası yolverilməz videoların müəyyən olunmasında əsasən texnikaya etibar edir. Belə ki, bu materialların 80 faizi əvvəlcə məhz maşınlar tərəfindən aşkarlanıb.

Şikayətlərin əksəriyyəti Hindistan, ABŞ, Braziliya, Rusiya və Almaniyadan daxil olub. İlk onluqda, həmçinin Böyük Britaniya, Meksika, Türkiyə, İndoneziya və Səudiyyə Ərəbistanı da var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: