Paralimpiyaçı cüdoçularımız Antalyada altı medal qazanıblar

83

Antalyada cüdo idman növü üzrə keçirilən IBSA dünya kuboku yarışları başa çatıb.

Milli Paralimpiya Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, yığmamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Hüseyn Rəhimli (81kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevda Vəliyeva (52 kq) gümüş medal qazanıb. Səbinə Abdullayeva (57 kq), Orxan Qarayev (60 kq), Kənan Abdullaxanlı (90 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Millimiz dünya kuboku yarışlarında Azərbaycan Cüdo Federasiyası və “Neftçi” idman klubunun dəstəyi ilə çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: