UEFA Çempionlar Liqası: “Olimpiya”-“Qarabağ” oyunu başlayıb

241

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

NUHÇIXAN xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Lyublyana şəhərindəki “Stojice” stadionunda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşır.

“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.

“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar.

Oyunu Belçikadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Lavrence Visserdir. Baş hakimin köməkçiləri Karel De Roker və Yo de Veirtdir. Dördüncü hakim funksiyasını Bram Van Driesşe yerinə yetirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: