Şərur rayonunun sututarlarında profilaktik tədbirlər keçirilir

190

NUHÇIXAN xəbər verir ki, Şərur rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirlərinə başlayıblar. Məqsəd yay  fəslində əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması üçün su anbarlarında, subartezian quyuları və onların ətrafında dezinfeksiya aparmaqdır.

Mütəxəssislər bu günə qədər rayon ərazisində 1384 kvadratmetr tullantı atılan  sahədə və 376 kvadratmetr sututar və subartezianlarda dezinfeksiya işləri aparıblar. Mərkəzin əməkdaşları 2018-ci ilin 6 ayı ərzində malyariya xəstəliyinin profilaktikası məqsədilə tədbirlər görüblər.

Mərkəz tərəfindən Arazqırağı yaşayış məntələqələrinə yaxın gölməçə və bataqlıq sahələrində, sututar və sair yerlərdə larviol kimyəvi dərman preparatları ilə delarvasiya tədbirləri də  aparılacaq.

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: