Türkiyə parlamentində Ədalət və İnkişaf Partiyasının qrup toplantısı keçirilib

181

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısını keçirilib.

NUHÇIXAN xəbər verir ki, Baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçirilən toplantıda Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğanın çıxışı olub.

Prezident çıxışında iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Türkiyədə yeni idarəetmə sistemi, dövlət strukturundakı islahatların əhəmiyyəti, daxili və xarici siyasətin istiqamətləri, terrorçuluqla mübarizə və qarşıda duram digər vəzifələrdən danışıb.

Qeyd edək ki, iyulun 9-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: