Şahbuz rayonunun təbii-iqlim şəraiti, təmiz havası geniş və zəngin otlaq sahələri heyvandarlıqla məşğul olmaq üçün münbit şərait yaradır. Bu rayon ərazisindəki yaylaqlarda təkcə yerli fermerlər deyil, həmçinin muxtar respublikanın digər bölgələrindən gələn təsərrüfat sahibləri də mal-qaralarını bu yurd yerlərinə çıxararaq ailəliklə oba qurub yaşayırlar. Onların sağlamlıqları daim diqqət mərkəzində saxlanılır. NUHÇIXAN xəbər verir ki, Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası yaylaq ərazisindəki təsərrüfat sahiblərinə və ailələrinə növbəti dəfə baş çəkiblər. Rayon mərkəzi xəstəxanasının həkimləri oba sakinlərini müayinə edərək onlara tibbi məsləhətlər verib. Müayinələr zamanı aşkar olunan xəstəliklərlə bağlı sakinlərə məlumatlar verilib, dərmanlar təyin olunub.
Sadiq Məmmədov