Özünüzü hər zaman yorğun hiss edirsiniz? – Bu da çarəsi

488

Fiziki cəhətdən özünüzü tez-tez yorğun hiss edir və ya əzələ ağrılarından şikayətlənirsinizsə, bu xəbər sizin üçündür.

NUHÇIXAN xəbər verir ki, müasir dünyada xroniki yorğunluq insanların tez-tez rastlaşdığı problemlərdən birinə çevrilib. Həkimlər orqanizmdə daimi yorğunluğun depressiya, həddən artıq tərləmə, əzələ və sümük ağrılarına səbəb olduğunu bildirirlər.

Onların sözlərinə görə, bu problem birbaşa bədəndə D vitaminin azlığından qaynaqlanır. Buna görə də, gün ərzində ən azı 20 dəqiqə günəş şüası qəbul etmək vacibdir. Həkimlər D vitamini əksikliyinin xərçəng, diabet, infeksiya, yüksək təzyiq kimi problemlərə səbəb olduğunu vurğulayırlar.

Bundan əlavə bir neçə qidanı davamlı qəbul etməklə bədəndə D vitamininin səviyyəsini tənzimləyə bilərsiniz:

1. Balıq yağı, balıq

2. Yumurta sarısı

3. Pendir

4. Kərə yağı

5. Qaraciyər

Qeyd edək ki, D vitamini təbii halda qidaların tərkibində çox az miqdardadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: