Bu gün futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.
NUHÇIXAN xəbər verir ki, bununla növbəti yarımfinalçılar müəyyənləşəcək. Baş tutacaq iki qarşılaşma eyni zamanda yarımfinalda növbəti cütlüyə aydınlıq gətirəcək.
Mundialın sürpriz komandalarından olan İsveç İngiltərə sınağına çıxacaq. Dünya çempionatını qazanmağı qarşısına məqsəd qoyan ingilislər rəqibin sensasiya etməsinə imkan verməməyə çalışacaq. Skandinav komandasının məqsədi isə növbəti sensasiya ilə azarkeşlərini sevindirməkdir.
1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna davam etmək niyyətindədir. Güclü yarımmüdafiə xəttinə malik Xorvatiya isə ev sahiblərini də mübarizədən kənarlaşdırmaqda qərarlıdır.
Dünya çempionatı
1/4 final
7 iyul
18:00. İsveç – İngiltərə
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Samara. “Kosmos Arena”
22:00. Rusiya – Xorvatiya
Baş hakim: Sandro Rikki (Braziliya)
Soçi. “Fişt” stadionu