Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin bəyanatında qeyd olunur: “Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.
Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq.