Yerevanın hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda keçirilən aksiyalarda 228 etirazçını saxlayıb.
NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildirilib.
“Hazırda polis bölmələrində 228 vətəndaş var”, – deyə polis nümayəndəsi agentliyə bildirib.
Qeyd edək ki, bu gün Yerevanda növbəti etiraz aksiyası keçirilib. Aksiyaçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə narazılıq edirlər. İndiyə qədər keçirilən aksiyalarda yüzlərlə etirazçı saxlanılıb. Saxlanılanlar arasında müxalifətçi deputat Nikol Paşinyan da var.