“B” qrupunda səkkizdəbir final uğrunda mübarizə: İspaniya, Portuqaliya, yoxsa İran?

181

İyunun 25-də – Rusiyada keçirilən futbol üzrə dünya çempionatının on ikinci gününə son iki oyunu başlayıb.

NUHÇIXAN xəbər verir ki, “B” qrupda sonuncu turda İran-Portuqaliya və İspaniya-Mərakeş görüşləri keçirilir.

“B” qrupunda səkkizdəbir finala yüksəlmək uğrunda üç komandanın – İspaniya və Portuqaliya ilə yanaşı, İranın da şansı olduğundan sonuncu turda mübarizənin gərgin keçəcəyi gözlənilir.

“B” qrupunda hazırda hərəyə dörd xala malik İspaniya və Portuqaliya yığmaları liderlik edirlər. Üç xala malik İran səkkizdəbir finala yüksəlmək üçün mütləq Portuqaliyaya qalib gəlməlidir.

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo komandasının bu mundialdakı bütün qollarının müəllifidir. Onun aktivində dörd qol var.

İspaniya yığması ilə sonuncu görüş Mərakeş millisi üçün formal xarakter daşıyır. Bu komanda İrana və Portuqaliyaya eyni hesabla (0:1) uduzub.

Görüşü özbəkistanlı referi Ravşan İrmatov idarə edir.

***

İran və Portuqaliya yığmaları “Mordoviya Arena”da qarşılaşırlar.

İspaniya-Mərakeş qarşılaşması Azərbaycan Televiziyasında, İran-Portuqaliya oyunu isə İdman Azərbaycan və İctimai Televiziyada canlı yayımlanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: