“Neftçi” klubu növbəti transferin reallaşdıra bilib

159

Transfer çalışmaların davam etdirən “Neftçi” klubu daha bir futbolçu ilə heyətini gücləndirib.

NUHÇIXAN klubun rəsmi səhifəsinə istinadla xəbər verir ki, “ağ qaralar” xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər “Neftçi”nin uğurları üçün çalışacaq. Yeni futbolçu komandamızın heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliyanın “Vellinqton Poenix” klubu olub. O, Xorvatiya millisinin gənclər yığmasında forma geyinib.

Xatirladaq ki, bundan əvvəl paytaxt təmsilçisi “Qəbələ”nin keçmiş hücumçusu Baqali Dabonu transfer etmişdi. Fransız hücumçu ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi” klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov, Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqaviləni yeniləyib. Həmçinin bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.

Baş məşqçi Roberto Bordinin sözlərinə görə komandanın transfer çalışmaları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: