İnformatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb

219

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarına əsasən respublika üzrə doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilən imtahanlar iyulun 6-dək davam edəcək.

Akademiyadan NUHÇIXAN-a bildirilib ki, bu sessiya ərzində ümumilikdə 600-dək elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir. İyulun 4-də və 6-da Gəncə və Naxçıvan bölgələrində yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə doktorluq imtahanları internet üzərindən distant formada keçiriləcək. İmtahan prosesinə institutun Tədris-İnnovasiya Mərkəzində quraşdırılmış videomüşahidə sistemi vasitəsilə nəzarət ediləcək.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, 2016-cı ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında internet üzərindən distant formada keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: